Ərdoğan: “Putinlə kasıb ölkələrə pulsuz taxıl göndərilməsi barədə razılaşmışıq”backend

Ərdoğan: “Putinlə kasıb ölkələrə pulsuz taxıl göndərilməsi barədə razılaşmışıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığımda Rusiya ilə Ukrayna arasında davam edən müharibə nəticəsində yaranan ərzaq böhranını müzakirə etdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O söyləyib ki, kasıb ölkələrə dəstək davam etməlidir: “Rusiya Prezidenti Vladimir Putin təklif edib ki, Rusiya taxılı ödənişsiz olaraq kasıb ölkələrə göndərilsin. Bununla bağlı onunla razılaşdıq. Etməli olduğumuz budur”.

R.T.Ərdoğan xatırladıb ki, noyabrın 13-14-də keçiriləcək G-20 sammitində bu məsələ müzakirə olunacaq.