Ərini qısqandırmaq istəyən qadın HƏYATINDAN OLDU – FOTObackend

Ərini qısqandırmaq istəyən qadın HƏYATINDAN OLDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada ərini qısqandırmaq istəyən qadın həyatından olub. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Rostov vilayətində kişi çiçək və hədiyyələrin olmamasından şikayət etdiyi arvadını baltanın qundağı ilə öldürüb.

Cütlük kişi quldurluğa görə cəza çəkən zaman tanış olub. Onlar uzun müddət internetdə danışıblar və azadlığa çıxandan sonra evləniblər.

Arvad tez-tez ərini kifayət qədər hədiyyə və gül olmadığına görə məzəmmət edirdi.

Bir gün başqasının maşınının yanında gül buketi ilə şəklini göndərərək onu qısqandırmaq qərarına gəlib.

Kişi arvadının onu aldatdığını düşünüb və evə qayıdaraq balta ilə onun başına zərbə endirib. Qadın ölüb, qatil isə tezliklə saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az