Erməni əsilli şirkət rəhbəri helikopter qəzasında ÖLDÜ – FOTO – YENİLƏNİBbackend

Erməni əsilli şirkət rəhbəri helikopter qəzasında ÖLDÜ – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada helikopterin qəzaya uğraması nəticəsində ölənlərin kimliyi bəlli olub.

İnterpress.az Rusiya mediaasına istinadən xəbər verir ki, Amur vilayətində Robinson helikopterinin qəzaya uğraması nəticəsində pilot və iki erməni sərnişin ölüb.

Məlumata görə, qızıl hasilatı şirkətinin direktoru Amur vilayətində helikopterdə qəzaya uğrayıb və onunla birlikdə pilot və köməkçi də dünyasını dəyişib.

Olənlər – pilot Yuri Barabaş, “Xerqu” MMC-nin direktoru Mikael Arutyunyan və şirkətin işçisi Şeram Tovmasyandır.

***

10:51

Rusiyada helikopter qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Robinson R66 helikopteri Amur bölgəsində qəzaya uğrayıb.

Təyyarədə bir pilot və iki sərnişin olub. Helikopter Bölgədə allüvial qiymətli metalların hasilatında aparıcı şirkət olan “Xerqu” MMC-yə məxsus idi.

Xilasedicilər helikopterin qəzaya uğradığı yeri aşkar ediblər, təfərrüatlar dəqiqləşdirilir.

Faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az