İrəvan sakinləri gələcək nəqliyyat tariflərindən şoka düşüblər.
İnterpress.az xəbər verir ki, sosial şəbəkələrin erməni istifadəçiləri arasında ictimai nəqliyyatda tariflər şəbəkəsi olan cədvəl yayılıb.
Cədvələ görə, 2025-ci il yanvarın 1-dən gündəlik bilet 880 dram (təxm. 3.85 man), həftəlik paket 4800 dram (təxm. 21 man), aylıq paket 8800 dram (təxm. 38.50 man), 90 gün üçün – 23 600 dram (təxm. 101 man), bir il üçün ( 365 gün) – 88 800 dram (təxm. 387 man) olacaq.
Ermənistan İctimai Televiziyasının efirində İrəvanın vitse-meri Suren Qriqoryan təsdiqləyib ki, həqiqətən də yanvarın 1-dən 800 dram (3.50 man) ödəməklə gün ərzində demək olar ki, qeyri-məhdud sayda gəzinti üçün onlayn gediş bileti almaq mümkün olacaq.
“Yeganə ağlabatan məhdudiyyət səfərlərin sayı ilə bağlıdır – gündə 8-9 gediş. Bu, saxtakarlığı, yəni bir biletin klonlaşdırılmasını istisna etmək üçün edilir ki, bir neçə nəfər bir biletdən istifadə etməsin”, – Qriqoryan deyib.
Xuraman Etibarlı
İnterpress.az