Ermənistan Haaqa Daimi Arbitraj Məhkəməsinə qoşulub.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan Haaqa Daimi Arbitraj Məhkəməsinə qoşulub. Parlamentin 73 üzvü lehinə, 14-ü bitərəf qalıb.
Müvafiq Haaqa Sülh Konvensiyalarının ratifikasiyası haqqında qanun layihəsini parlamentdə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan təqdim edib.
Bu konvensiyalar əsasında ölkələr və beynəlxalq təşkilatlar arasında mübahisələrin sülh yolu ilə həllinə imkan verən Daimi Arbitraj Məhkəməsi yaradılıb.
Ermənistan hələ bu konvensiyanın iştirakçısı deyil. Ona görə də Arbitraj Məhkəməsində ona qarşı iddia qaldırıla bilər, lakin ölkə özü onları qaldıra bilmir.
Hazırda Ermənistana qarşı iki dövlətlərarası və bir investisiya iddiası qaldırılıb. Ermənistan Haaqa Arbitraj Məhkəməsinin üzvü olmaqla, özü iddia qaldıra və həmçinin dörd hakim təyin edə biləcək.
Xuraman Etibarlı
İnterpress.az