Ermənistan himninin mətninə dəyişiklik edilməsi haqqında qanun layihəsini təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu narədə erməni mediası məlumat yayıb.
Erməni hökuməti parlamentin spikeri Alen Simonyan və deputatlar Sisak Qabrielyan və Taquhi Kazaryanın təşəbbüsü ilə Ermənistan himninin mətninə dəyişiklik edilməsi haqqında qanun layihəsini təsdiqləyib.
Nazirlər Kabineti layihəni təsdiq üçün parlamentə təqdim edəcək.
Layihə həm də beynəlxalq tədbirlərdə istifadə olunacaq qısa versiya ilə himnin vahid rəsmi yazısının yaradılmasını nəzərdə tutur.
Baş nazir Nikol Paşinyan bildirib ki, düzəlişlər layihəsinin siyasi hissəsinin formalaşmasında özü də iştirak edib.
Xuraman Etibarlı
İnterpress.az