Ermənistan İctimai Radiosunun binası qarşısındakı separatçı əsgisi götürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, dünən icraçı direktor Armen Koloyanın qərarı ilə Ermənistan İctimai Radiosunun binası qarşısında separatçıların əski parçası götürülüb.
O, jurnalistlərlə söhbətində qərarın onun tərəfindən verildiyini təsdiqləyib.
O, öz vəzifəsində Ermənistan İctimai Radiosuna cavabdeh olduğunu vurğulayıb və qeyd edib ki, onun iş müqaviləsində Qarabağdan köçən ermənilərə görə məsuliyyətini göstərən bir sətir də yoxdur.
Xuraman Etibarlı
İnterpress.az