Ermənistan səfərbərlikdən yayınan rusiyalıların ölkəyə gəlməsinə mane olmayacaq.
İnterpress.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.
O, səfərbərlik səbəbilə Rusiyanı tərk etmək istəyən şəxslərin yeni dalğasının Ermənistana qəbul edilməsinə hazır olub-olmadıqları ilə bağlı suala cavab verib.
Simonyan bildirib ki, Rusiya vətəndaşlarından sərhəddə Ermənistana hansı məqsədlə gəldikləri soruşulmayacaq.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Rusiya vətəndaşları Ermənistana xarici pasport olmadan da gələ bilirlər.
O, Rusiyadan gələnlərə “Ermənistana xoş gəlmisiniz” mesajını verərək, ölkənin onların gəlişinə heç bir şəkildə mane olmayacağını, zərurət yaranarsa, kömək göstərəcəyini bildirib.
Simonyanın sözlərinə görə, Rusiyadan Ermənistana gələn şəxslər istədikləri müddətdə ölkədə qala və onlar üçün münasib vaxtda Rusiyaya geri qayıda biləcəklər.
Xuraman Etibarlı
İnterpress.az






