Ermənistan və Azərbaycan parlament sədrlərinin Cenevrə görüşü LƏĞV EDİLDİbackend

Ermənistan və Azərbaycan parlament sədrlərinin Cenevrə görüşü LƏĞV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycan parlament sədrlərinin Cenevrə görüşü ləğv edilib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni spikerin köməkçisi Movses Arutyunyan Facebook-da bildirib.

“Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Cenevrədə planlaşdırılan görüşü ləğv edilib, Azərbaycan tərəfi son anda əldə edilmiş razılaşmadan imtina edib”, – Arutyunyan yazıb.

O qeyd edib ki, Simonyan İrəvana qayıdandan sonra ləğvin səbəbləri ilə bağlı əlavə izahat verəcək.

Xuraman Etibarlı

İnterpress.az