Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətninin 1-2 ifadəsi üzrə razılığa gəlmələri qalıb – Mirzoyanbackend

Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətninin 1-2 ifadəsi üzrə razılığa gəlmələri qalıb – Mirzoyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycanın sülh müqaviləsinin mətninin bir və ya iki ifadəsi üzrə razılığa gəlmələri qalıb. 

İnterpress.az xəbər verir ki, bu barədə cümə axşamı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Belə bir anlayış var ki, 1-2 söz qalıb, onun ətrafında müzakirələri davam etdirəcəyik. Bu, normal danışıqlar prosesidir…

Ehtiyatlı nikbinliyimi bildirirəm ki, yaxın gələcəkdə biz bu məsələlər ətrafında razılığa gələ biləcəyik. 1-2 ifadə, bundan sonra müqavilə imzalanmağa hazır olacaq”, – Mirzoyan deyib.

Xuraman Etibarlı

İnterpress.az