Ermənistan və Türkiyə nümayəndələri arasında görüş GÖZLƏNİLİRbackend

Ermənistan və Türkiyə nümayəndələri arasında görüş GÖZLƏNİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Türkiyə nümayəndələri arasında görüş gözlənilir.

İnterpress.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində parlamentin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

Ermənistan və Türkiyənin müvafiq idarələrinin nümayəndələri Gümrü-Qars dəmir yolunun işinin bərpası üçün şərtləri qiymətləndirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Lakin görüşün günü hələ təyin olunmayıb.

“Biz əldə etdiyimiz bütün razılaşmaların həyata keçiriləcəyini gözləyirik. Və ümumiyyətlə, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə həll prosesinin başa çatacağını gözləyirik. Biz bunu sabah da etməyə hazırıq”, – Rubinyan deyib.

Xuraman Etibarlı

İnterpress.az