Ermənistan XİN ölkədə çevriliş cəhdləri barədə MƏLUMAT YAYDIbackend

Ermənistan XİN ölkədə çevriliş cəhdləri barədə MƏLUMAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici Kəşfiyyat Xidməti 2024-cü ildə ölkədə konstitusiya quruluşunu devirmək cəhdləri barədə məlumat verib.

İnterpress.az xəbər verir ki, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin risklərin qiymətləndirilməsi üzrə illik hesabatına əsasən, 2024-cü ildə Ermənistanda qeyri-sabitlik yaratmaq və konstitusiya quruluşunu devirmək məqsədi ilə Ermənistan vətəndaşları və Qarabağ erməniləri arasından silahlı dəstələrin cəlb edilməsinə və təlimləndirilməsinə cəhdlər edilib.

“Ötən il Ermənistanın dövlət maraqlarına qarşı yönəlmiş ən təhlükəli hərəkətlər xarici aktorlar tərəfindən qeyri-sabitlik yaratmaq və konstitusiyanı zorakılıqla devirmək məqsədi ilə Ermənistan vətəndaşları və Qarabağın erməni sakinləri arasından silahlı birləşmələri cəlb etmək və onlara təlim keçmək cəhdləri olub”, – hesabatda deyilir.

Sənəddə qeyd olunur ki, Ermənistanda nizam-intizam “xarici kəşfiyyat xidmətlərinin Ermənistanın maraqlarına qarşı” təcavüzkar hərəkəti kimi qiymətləndirilib.

XKX bəyan edib ki, bununla bağlı Ermənistan ictimaiyyəti operativ və hüquq-mühafizə orqanları tərəfindən həm qabaqlayıcı, həm də əks tədbirlər barədə mütəmadi olaraq məlumatlandırılır.

Xuraman Etibarlı

İnterpress.az