Ermənistanda muzeydən dəyəri 500 min dollar olan 7 əsər yoxa çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ermənistanın məşhur rəssam və heykəltəraşı Yervand Koçarın muzeyindən dəyəri 500 min dollar olan 7 əsər oğurlanıb.
“Bununla bağlı Ermənistan hökuməti məlumatlandırılıb, iş İstintaq Komitəsindədir. Yervand Koçarın mirası ilə bağlı muzeyin bəzi eksponatlarının həqiqiliyinə də şübhələr var. Ermənistan dövləti fakt qarşısında qala bilər”, – Koçar Mədəniyyət Fondunun bəyanatında deyilir.
Xuraman Etibarlı
İnterpress.az