Ermənistanı bitirən SƏBƏBLƏR: “Azərbaycan regiona yeni geosiyasi reallıq gətirib”backend

  Ermənistanı bitirən SƏBƏBLƏR: “Azərbaycan regiona yeni geosiyasi reallıq gətirib”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın düşdüyü bataqlıqdan və girdiyi tuneldən çıxması üçün yalnız bir yolu var“.

Bu sözləri Füzuli beynəlxalq hava limanın fəaliyyətə başlamasına münasibət bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov İnterpress.az-a açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycan tərəfinin atdığı bu addımla tarixi bir reallığa və zərurətə çevrilən Zəngəzur dəhlizinin reallaşması ilə bağlı da növbəti addım atıkmış oldu:

“Qarabağa qayıtmağımızdan cəmi 9 ay keçdikdən sonra onun hava qapısından da daxil olaraq torpaqlarımıza havadan da sahib çıxdıq. Biz həmin ərazilərin hərtərəfli olaraq real sahiblərinin kim olduğunu bütün dünyaya bəyan etmiş olduq. Ağır pandemiya şərtləri daxilində, böyük müharibə apararaq işğala son qoyduqdan bir neçə ay sonra bəlkə də dünyada oxşarı olmayan bir təcrübə ortaya qoyduq. Düzgün və məntiqli daxili və xarici siyasətlə elə bir iqtisadiyyata sahib olmaq olar ki, hətta ümumbəşəri bir bəla ilə mübarizə şəraitində belə müharibə aparıb qalib gəlmək və bundan dərhal sonra ölkənin iyirmi faizində genişmiqyaslı bərpa işləri həyata keçirmək mümkündür. Artıq Qarabağ erməniləri, Ermənistan və onun havadarları qəti əmin oldular ki, biz onlar kimi həmin ərazilərdə müvəqqəti deyil, əbədi olacağıq.

Həmçinin Cənubi Qafqaz regionunda ciddi maraqları olan dünya dövlətlərinə də bəlli oldu ki, Azərbaycan sözdə deyil, əməldə regiona yeni geosiyasi reallıq gətirib. Kimin nə düşünməsindən asılı olmayaraq regionda sülhün, təhlükəsizliyin və sabitliyin qarantı kimi çıxış edən Azərbaycan regionu logistika və yüksək iqtisadi aktivlik mərkəzinə çevirməkdə israrlıdır. Ermənistanın düşdüyü bataqlıqdan çıxması üçün Azərbaycan dövlətinin formalaşdırdığı yeni reallığın şərtlərini qəbul etməlidir”.

Gülşən

İnterpress.az