Ermənistanıda daha bir keçmiş məmur həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Ermənistanın Su Komitəsinin keçmiş rəhbəri Vaaqn Gevorqyan həbs edilib.
Gevorkyan korrupsiya ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs statusuna malikdir;
Su komitəsinin keçmiş rəhbəri dekabrın 20-də tutduğu vəzifədən azad edilib. O, 2021-ci ildən idarəyə rəhbərlik edib, əvvəllər Abovyan şəhərinin meri olub.
Xuraman Etibarlı
İnterpress.az