Ermənistanın baş naziri MDB-nin Sankt-Peterburq sammitini Covid səbəbindən buraxacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz səhifəsində yazıb.
O bildirib ki, MDB-nin Sankt-Peterburq sammitini koronavirusa görə buraxacaq.
“Bazar ertəsi, dekabrın 23-də mənə kovid diaqnozu qoyuldu.
“Dekabrın 23 və 24-də mən özümü təcrid etdim və iqamətgahdan işlədim. Dekabrın 25-də diaqnoz artıq mənfi idi və mən adi iş rejimimə qayıtdım.
Bununla belə, həmkarlarımla da məsləhətləşərək, bu gün Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.
Günün sonuna kimi AİB-nin Ali İqtisadi Şurasının sabahkı iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”, – Paşinyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az