Ermənistanın KTMT-yə üzvlük haqqı üzrə BORCU VARbackend

Ermənistanın KTMT-yə üzvlük haqqı üzrə BORCU VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın 2025-ci ilin sonuna qədər KTMT-yə üzvlük haqqı üzrə borcu ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə XVII Verona Avrasiya İqtisadi Forumu çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Pankin RİA Novosti-yə bildirib. Pankin deyib ki, Ermənistanın KTMT-yə üzvlük haqqı üzrə borcu ola bilər və iki il onu ödəməyə bilər.

Diplomat qeyd edib ki, hazırda Ermənistanın 2024-cü il üçün borcu var.

Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında respublikanın KTMT-də iştirakını dondurduğunu bildirib. Ermənistan təşkilatın büdcəsinə öz töhfəsini verməyi, təşkilatın tədbirlərinə və təlimlərinə nümayəndələrini göndərməyi dayandırıb. Dekabrın 4-də Paşinyan bildirib ki, Ermənistanın KTMT-yə qayıtması getdikcə çətinləşir, hətta qeyri-mümkündür.

“Ermənistan bu borcu iki il ərzində ödəməyə bilər. Əlavə müvafiq qərarlar veriləcək”, – Pankin xəbərdarlıq edib.

Xuraman Etibarlı

İnterpress.az