Vaşinqtonda səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul ilə görüşüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Azərbaycan-Ermənistan dövlət sərhədindəki durumu müzakirə ediblər. Onlar, həmçinin Cənubi Qafqazdakı son proseslər barədə fikir mübadiləsi aparıblar.