Ermənistanla ticarətin azalması Rusiyaya təsir göstərməyəcək.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci departamentinin direktoru Mikael Aqasandyan RİA Novosti-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsində payı yüksək deyil və İrəvanın Belarus, Qazaxıstan və Qırğızıstanla ticarət dövriyyəsi də əhəmiyyətli həcmdə deyil.
Aqasandyan qeyd edib ki, Ermənistanla ticarətin azalması Rusiyaya ciddi təsir göstərməyəcək.
Rusiya XİN-in məlumatına görə, bəzi məhsulların idxalına qoyulan məhdudiyyətlər sanitar və fitosanitar tələblərə uyğun olaraq ölkəyə təhlükəsiz məhsulların gətirilməsini təmin etmək məqsədi daşıyır.
Nazirlik bu tədbirlərin məhsulların təhlükəsizliyi ilə bağlı tələblərə riayət olunması çərçivəsində həyata keçirildiyini vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






