Estoniya Çini HƏDƏLƏDİ: Rusiya ilə əlaqələri kəsinbackend

Estoniya Çini HƏDƏLƏDİ: Rusiya ilə əlaqələri kəsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya Çinə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Xarici işlər naziri Aİ-nin Pekinlə “haqq-hesab çəkəcəyini” bəyan edib.

Estoniyanın xarici işlər naziri Markus Tsaxna Çinə qarşı sərt xəbərdarlıqla çıxış edib.

O bildirib ki, Avropa İttifaqı Rusiyanın münaqişədəki tərəfdaşı kimi Çinlə “haqq-hesab çəkəcək”.

Nazir vurğulayıb ki, əgər Çin Rusiya ilə əməkdaşlığı dayandırmasa, Estoniya ilə yaxşı münasibətlər qurmağı unutmalıdır.

Rəsmi Tallinn hesab edir ki, Pekinin Moskvaya dəstəyi qəbuledilməzdir və bu, diplomatik əlaqələrə ciddi zərbə vuracaq.

Xuraman Etibarlı

İnterpress.az