Evin həbsxanasında işgəncə – Video İranı qarışdırdıbackend

Evin həbsxanasında işgəncə – Video İranı qarışdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranda yerləşən Evin həbsxanasında çəkilmiş işgəncə görüntüsünün yayımlanmasından sonra İranda növbəti siyasi qalmaqal qopub.

Yenisabah.az “Entekhab”a istinadla xəbər verir ki, ölkənin Cəzaların İcrası Təşkilatının rəhbəri Məhəmməd Mehdi Hacı Məhəmmədi bu görüntülərdə müşahidə olunan davranışları qəbuledilməz adlandırıb və üzr istəyib.

Hacı Məhəmmədi həmçinin öz “Twitter” hesabında təcili tədbirlərin görüləciyini açıqlayıb.

İran Ali Məhkəməsi başçısının birinci müavini Məhəmməd Müsəddiq də Evin həbsxanasının CCTV kameralarından köçürülən videoaya münasibət bildirib.

Onun sözlərinə görə, faktla bağlı araşdırma gedir: “Hazırda araşdırma aparılır və mövzu tam aydın deyil. Məncə, sabah zəruri izahat veriləcək”.

Xatırladaq ki, son günlər İranda “Ədalət-e Əli” (“Əlinin ədaləti”) haker qrupu bir sıra video paylaşımlarla güdəmə gəlib.

Evin həbsxanasındakı görüntüləri “Tapandegan” adlı haker qrupu yayıb.

Bir çox siyasi məhbusun saxlanıldığı Tehranın Evin Həbsxanasındakı təhlükəsizlik kameralarından ötən həftə çəkilmiş video görüntüləri “Tapandegan”a “Ədalət-e Əli”nin hakerləri ötürüb.