Fəxrəddin Altun: Türkiyənin ən böyük gücü həqiqətdir!backend

Fəxrəddin Altun: Türkiyənin ən böyük gücü həqiqətdir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ən böyük gücü həqiqətdir!

İnterpress.az-ın məlumatına görə, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun rəhbərlik etdiyi qurum tərəfindən təşkil olunan “Mətbuat Üzvlərinin Hüquqlarının Təkmilləşdirilməsi Şurası”nın açılışındakı çıxışı zamanı deyib.

15 iyul çevriliş cəhdindən bəhs edən F.Altun “O gün apardığımız dastan kimi mübarizə daha əvvəl müstəqilliyimizə, istiqlalımıza, birliyimizə və dirliyimizə qarşı hücumlar qarşısında nümayiş etdirdiyimiz mübarizələrin bir xülasəsi idi. Türkiyənin demokratiya tarixi millətimizin vəsayət qurmaq istəyənlərə qarşı mübarizə tarixidir. Əslində bu mübarizənin tək bir səbəbi var idi. Millət yalnız öz iradəsi ilə idarə olunan bir Türkiyə xəyal edirdi. Beləliklə, bu millət hər zaman müstəqillik və demokratiya uğrunda mübarizə aparıb. Millətimiz 15 iyulda lideri ilə birlikdə yalın əlləri ilə ölkəmizi xain işğal cəhdindən xilas etdi. Bu millət dünyaya çox açıq bir mesaj verdi: ‘Bu ölkəni məndən başqa heç kim idarə edə bilməz, mən buna imkan vermərəm’. Bunu milli iradə dedi. FETÖ terror təşkilatı ilə mübarizəmizdə qətiyyətli mövqeyimizin gündən-günə gücləndiyini xüsusilə vurğulamaq istəyirəm. Millətimizin də həssaslığı ilə bu terror təşkilatı gündən-günə daha çox itki verəcək və nəticədə tarixin ən çirkli səhifələrində yerini alaraq tamamilə yox olacaq. Həmişə söylədiyimiz kimi, dünyanın harasında olurlarsa olsunlar, onları ələ keçirib ədalətə təslim edəcəyik. Onlarla, FETÖ ilə, Fətullahçı Terror Təşkilatı ilə millət adına sorulacaq hesabımız var”, – deyə bildirib.

F.Altun FETÖ terror təşkilatı üzvlərinə qarşı ən kiçik bir mərhəmət və ya güzəştə yer olmadığını vurğulayib:

“Bunu çox açıq və konkret şəkildə ifadə etmək istəyirəm. Dövlətimizin və qurumlarının FETÖ-yə qarşı mübarizədə ən kiçik bir zəiflik göstərdiyi kimi səhv qənaətə gəlmək yalnız terror təşkilatının işinə yarayacaq bir dezinformasiyadan ibarətdir. Prezidentimizin həyatınıa qəsd etməyə, millətin iradəsini məhv etməyə, parlamentini yox etməyə və millətin ordusunu millətə qarşı təhrik etməyə çalışan alçaq və məkrli bir terror təşkilatına qarşı dövlətdə də, millətdə də ən kiçik bir mərhəmətə və ya güzəştə yer yoxdur və ola da bilməz. Təşkilatı ən kiçik hissəsinə qədər məhv etmədən heç birimiz rahat ola bilmərik. Heç kim millətimizin şüuruna, vicdanına və fərasətinə göz yuma bilməz. Sonuncu dəfə göz yumduqlarında işğalın və çevrilişin qarşısını əlləri və bədənləri ilə alan milyonlarla qarşılaşdıqlarını onlara xatırlatmaq istəyirəm. Və əlbətdə heç kim dövlətin gücünü, yaddaşını, mübarizə əzmini, qətiyyətini, iradəsini və qurumlar arasındakı əlaqəsini sınamağa çalışmasın. FETÖ, PKK/YPG, DAEŞ və digər terror təşkilatları ilə həm ölkə daxilində, həm də ölkə xaricində necə mübarizə apardığımızı heç kim göz ardı edə bilməz. Nəinki onlarla, hətta onları idarə edən, istiqamətləndirən qlobal güc mərkəzlərinə qarşı necə mübarizə apardığımız unudulmamalıdır. 15 iyul millətin qələbəsidir. 15 iyul tarixi bu ölkənin vətən, bu xalqın qəlbi inancla dolu olan bir millət olduğunu bir daha bütün dünyaya göstərdiyi gündür ”.

Türkiyə rəsmisi medianın həqiqətlərin dünyaya çatdırılmasındakı roluna da diqqət çəkib:

“Bu gün texnologiyanın sürətlə inkişaf etməsi ilə demək olar ki, nəzarət edilə bilməyən, vəziyyətdən çıxılması çətin olan bənzərsiz bir qeyri-həqiqət dövrü yaşayırıq. Hər gün hamımız yalan xəbərlərə, təbliğatlara, təhriflərə və əsassız məlumatlara qarşı mübarizə aparırıq və bütün gücümüzü həqiqətləri çatdırmağa sərf edirik. Bu problem düşünüldüyü kimi təkcə dövlət qurumlarının və ya hökumətin problemi deyil. Bu problem təkcə Türkiyənin də problemi deyil. Bu problem başda ABŞ, Avropa Birliyi ölkələri və Rusiya olmaqla, bir çox ölkənin, hətta bütün bəşəriyyətin ortaq probleminə çevrilib. Beləliklə, uğrunda mübarizə apardığımız şey həqiqətdən başqa bir şey deyil. Bəli, dünyanın bir çox yerində həqiqət tərəfdarları həqiqət düşmənlərinə qarşı böyük bir səy göstərmək məcburiyyətindədir. Türkiyənin və cənab Prezidentimizin də ən böyük gücü həqiqətdir.

Heç şübhəsiz, həqiqəti müdafiə etmək təkcə siyasətçilər və ya ölkəni idarə edənlər üçün deyil, media sektoru və üzvləri üçün də əsas mübarizə sahəsi olmalıdır. Apardığımız mübarizə təkcə öz ölkəmizi qorumaq üçün deyil, həm də dünyanın yenidən həqiqətə olan inancını qazanmasını və həqiqətin yenidən dəyər qazanmasını təmin etmək üçündür. Ancaq mətbuatımızda xaricdən maliyyələşdirilən, təsirlərə və istiqamətləndirilmələrə açıq olan, Türkiyənin inkişafına, dünya xalqlarının qəlbini fəth etməsinə, doplomatik zəfərlərə nail olmasına, ədalətsiz dünya sisteminə qarşı qətiyyətli mövqeyinə və cənab Prezidentimizin millət tərəfindən dəstəklənməsinə qarşı manipulyativ və təxribatçı məlumatlar yayaraq ölkəsinə qarşı əməliyyat mərkəzinə çevrilən bir kəsim olduğunu görürük. Bu kəsimin həmçinin yeri gələndə terror təşkilatlarının təbliğat vasitəsi kimi hərəkətə keçdiyini və medianın gücünü dövlətə və millətə qarşı silah olaraq tuşladıqlarını müşahidə edirik. Bu nöqtədə müstəqil, yerli və milli mətbuat anlayışı son dərəcə strateji əhəmiyyət daşıyır. Sadəcə ölkəmiz üçün deyil, həm də bölgəmiz və dünyamız üçün həyati əhəmiyyət daşıyan bir mövzudan bəhs edirik. Mediada marjinal şəkildə özlərinə yer tapan bu kəsimə müraciət etmək istəyirəm. Bu coğrafiyada, bu torpaqlarda 5-ci kolon fəaliyyətlərini bir kənara qoyun və həqiqi mənada dördüncü güc olun. Demokratiyaya düşmanlıq etməyin, demokratiyamıza xidmət edin”.

F.Altun mətbuat sektorunun şərtləri, iş şəraiti və qarşılaşdığı problemlər baxımından ən çox zəhmət tələb edən sektorlardan biri olduğunu xüsusilə vurğulayıb.

 

İnterpress.az