Finlandiyanın NATO-ya qəbulu Türkiyə Böyük Millət Məclisində qəbul edilibbackend

Finlandiyanın NATO-ya qəbulu Türkiyə Böyük Millət Məclisində qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun təklifi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Xarici Əlaqələr Komitəsi AK Partiya İstanbul Millət vəkili Akif Çağatay Kılıçın sədrliyi ilə toplanıb.

İclasda Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının Rəyasət Heyətinin rəsmiləri də iştirak ediblər.

Xarici işlər nazirinin müavini Burak Akçapar parlamentarilərə Finlandiyanın NATO-da iştirakı ilə bağlı qanun təklifi ilə bağlı məlumat verib.