FTX İnquşetiyada terror aktlarının qarşısını alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, FTX İnquşetiyada enerji obyektlərində bir sıra təxribatın və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumların qarşısını alıb.
Kəşfiyyat xidmətinin məlumatına görə, cinayətləri səkkiz yerli sakin hazırlayıb. Onlardan biri silahlı müqavimət göstərərkən öldürülüb, qalanları həbs edilib.
Təxminən 10 kiloqram trotil tutumlu partlayıcı maddə, bir qumbaraatan, beş pulemyot, doqquz tapança və 11 qumbara aşkar edilib.
Xuraman Etibarlı
İnterpress.az