FTX-nin rəhbəri: Qərb Ermənistanın KTMT-dən çıxmasına çalışırbackend

FTX-nin rəhbəri: Qərb Ermənistanın KTMT-dən çıxmasına çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb Ermənistanın KTMT-dən çıxmasına çalışır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının Astanada keçirilən 55-ci iclasında çıxışı zamanı bildirib.

“Güzəştli silah tədarükü və təhlükəsizlik təminatları müqabilində Qərb Ermənistan hökumətindən KTMT-dən çıxmağı tələb edir ki, bu da Bakı ilə gələcək münasibətləri məsələlərində İrəvanı Şimali Atlantika Alyansından (NATO) daha da asılı vəziyyətə salacaq”, – Bortnikov deyib.

O əlavə edib ki, Qərb “Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etmək” və Cənubi Qafqazda NATO qitəsinin yerləşdirilməsinə nail olmaq üçün İrəvanı Bakı ilə danışıqları təxirə salmağa inandırır.

Xuraman Etibarlı

İnterpress.az