FTX zabiti Rusiya Müdafiə Nazirliyinin binasında qətlə yetirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Vladimir Feşşenkonun meyiti yanvarın 13-nə keçən gecə Olxovskaya küçəsindəki binalardan birində aşkar edilib. Adamın başında bir güllə yarası olub, onu xilas etmək mümkün olmayıb.
Şübhəli şəxs saxlanılıb. Qətlə səbəb hərbçi ilə məişət münaqişəsi olub.
Qeyd edəık ki, Feşşenko ağırlıq qaldırma üzrə beynəlxalq dərəcəli idman ustası idi.
Hazırda hadisənin bütün şəraiti müəyyən edilir.
Xuraman Etibarlı
İnterpress.az