Futbol üzrə Rusiya kuboku matçı zamanı kuryoz hadisə baş verib.
interpress.az xəbər verir ki, bununla bağlı görüntülər yayılıb. Voronejdə keçirilən “Fakel” – “Rubin” matçında şərhçi təsadüfən yeni stadionun işığını söndürüb.
Bu görüş Rusiya kubokunun qrup mərhələsi çərçivəsində dünən Voronejdə baş tutub. Kazanlılar 2:0 hesabı ilə qalib gəlib.
Matç TV-nin şərhçisi Şmelkov səhvən düyməni basıb və bütün stadionun işıqlarını bir neçə saniyəyə söndürüb. Baş hakim matçı yarımçıq dayandırmalı olub.
Məsələ ondadır ki, idarəetmə otağında 3 düymə var: ikisi səsi açıb-söndürməyə, üçüncüsü isə işıqlandırmaya cavabdehdir.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı
İnterpress.az