Moskvada futbolçu narkotik satışı ittihamı ilə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 22 yaşlı Artur Zakiyev “dərman” daşıdığını zənn etdiyini deyir, lakin istintaq təcridxanasına göndərilib.
Moskvada Media Liqasının oyunçusu, yarımmüdafiəçi Artur Zakiyev qadağan olunmuş maddələrin satışı şübhəsi ilə saxlanılıb.
22 yaşlı futbolçu özünü təqsirsiz hesab edir. O iddia edir ki, içindəkilərdən xəbərsiz olub və həyati vacib dərman preparatları daşıdığını düşünüb.
Məlumata görə, idmançı 10 milyon tengə (təxminən 33 min man) məbləğində pul olan çantanı dəyişdirməli və daha sonra naməlum maddə olan ampulaları müalicəyə ehtiyacı olan şəxsə çatdırmalı imiş.
Hazırda Zakiyev istintaq təcridxanasındadır.
Qeyd edək ki, o, əvvəllər Özbəkistanın “Buxara”, Rusiyanın “Zorki”, “Volqa” və Media Liqasının “SKA-Rostov” klublarında çıxış edib.
Xuraman Etibarlı
İnterpress.az






