Gənc qız septoplastika əməliyyatı zamanı ÖLDÜbackend

Gənc qız septoplastika əməliyyatı zamanı ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda burun çəpərinin düzəldilməsi əməliyyatı etdirən gənc qız dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, 23 yaşlı Mahaçqala sakini “Atitsenna” klinikasında burun çəpərinin düzəldilməsi əməliyyatı zamanı dünyasını dəyişib.

Septoplastika özəl klinikada ümumi anesteziya altında aparılıb. 30 illik təcrübəyə malik cərrah olan mərhumun atası həkimlərin əleyhinə polisə ifadə yazıb.

Qız təyin olunmuş gündə gəlib, masaya uzanıb, həkim narkoz verib və iki dəqiqədən sonra xanımın nəbzi və təzyiqi kəskin şəkildə aşağı düşüb.

Həkim və köməkçi dərhal təcili yardım çağırıb və reanimasiyaya başlayıblar. 1,5 saat sonra onun öldüyü bildirilib.

Xuraman Etibarlı

İnterpress.az