Gəncədə 24 yaşlı gəncin bıçaqlanması ilə bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİBbackend

Gəncədə 24 yaşlı gəncin bıçaqlanması ilə bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Gəncədə bıçaqlanan şəxslə bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, dekabrın 5-də, səhər saat 10  radələrində Gəncə şəhər sakini, 24 yaşlı Sərxan Qasımovun  sağ-qarın nahiyəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilməsi barədə Gəncə Şəhər Kəpəz Rayon Polis idarəsinə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Zərərçəkəni dindirmək mümkün olmayıb.

Hazırda cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İnterpress.az