Malayziyada gənclər üçün “qocalar evi” açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Malayziyada emosional tükənmə yaşayan gənclər üçün “qocalar evi” istifadəyə verilib. Bura artıq “gənclər təqaüdçülər yeri” adlandırılır.
Mərkəzdə istirahət üçün hər şey nəzərə alınıb: günortaya qədər yatmaq, yerli təbiəti və faunanı dinc şəkildə seyr etmək, həmçinin tərəvəz yetişdirməklə məşğul olmaq.
Bütün bunlar dəbdəbəli tropik villada, gündə üç dəfə qidalanma daxil olmaqla ayda 430 dollar (təxminən 731 manat) qarşılığında təklif olunur.
Xuraman Etibarlı
İnterpress.az






