Kalininqrad gömrükçüləri qadının gödəkçəsində 116 nadir kərtənkələ aşkarlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidməti məlumat yayıb.
Kalininqrad gömrükçüləri Polşaya getmək istəyən sərnişin qadının gödəkçəsinin astarında 116 nadir kərtənkələ aşkarlayıblar.
Bildirilir ki, heyvanlar “Qırmızı kitab”a daxil olan növlərə aid olub.
Qadının sözlərinə görə, o, kərtənkələləri pul qarşılığında Almaniyaya aparırmış.
Heyvanların daşınması üçün tələb olunan müşayiətedici sənədlər isə qadında olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






