GÖRÜNMƏMİŞ QAÇAQMALÇILIQ: Qadınlar 9 kiloqram qızılı daxili orqanlarına TİKDİLƏR – VİDEObackend

GÖRÜNMƏMİŞ QAÇAQMALÇILIQ: Qadınlar 9 kiloqram qızılı daxili orqanlarına TİKDİLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 9 kiloqram qızılı qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən qadınlar saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Trükiyə mediası məlumat yayıb.

Bildirilir ki, İzmir hava limanında polis BƏƏ-dən ölkəyə gələn 6 Özbəkistan vətəndaşını saxlayıb.

Qadınların qaçaqmalçılıq keçirməyə çalışacaqları barədə təhlükəsizlik qüvvələrinə əvvəlcədən məlumat verilib.

Onları və sərnişinləri qarşılayan avtomobilə baxış zamanı hər biri 110 qram olan 82 qızıl külçə götürülüb. Əlavə müayinədən sonra qadınların cinsiyyət orqanlarına daha 84 qızıl külçə tikildiyi məlum olub.

Məhkəmənin qərarı ilə cərrahi müdaxilə edilib. Sərnişinlərin cinsiyyət orqanlarından ümumi çəkisi 9 kiloqram 240 qram olan qızıl götürülüb.

Qadın kuryerlər və onları qarşılayan kişi həbs edilib.

Xuraman Etibarlı

İnterpress.az