Gürcüstanda dağ kurortunda ciddi yol qəzası baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Gürcüstanın Qomismta dağ kurortunda sərnişinləri daşıyan mikroavtobus yoldan çıxaraq dərəyə aşıb.
İlkin məlumata görə, nəqliyyat vasitəsi aşağı enərkən əyləc sistemində problem yaranıb. Mikroavtobus idarəetməni itirərək dərəyə düşüb və aşıb.
Qəza nəticəsində 4 nəfər həyatını itirib. Yenilənmiş məlumata görə, ölənlərin hamısı Belarus vətəndaşlarıdır.
Daha bir neçə nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Xuraman Etibarlı
İnterpress.az






