Gürcüstanda zəlzələ BAŞ VERDİbackend

Gürcüstanda zəlzələ BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda zəlzələ olub. Yeraltı təkanlar paytaxt yaxınlığında qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb. 

Gürcüstanda yeraltı təkanlar qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 16:39-da Qurcaani şəhərindən 7 km, paytaxt Tbilisidən isə 53 km aralıda baş verib.

Yeraltı təkanların gücü 3.5 bal təşkil edib. Zəlzələ ocağı 25 km dərinlikdə yerləşib.

Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az