Gürcüstanın müvəqqəti işlər vəkili Moldova XİN-ə çağırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Gürcüstanın müvəqqəti işlər vəkili Boçorişvili Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Gürcü diplomatı “Gürcüstanın baş nazirinin Moldovanın Avropaya inteqrasiyası və ölkədəki seçki prosesi haqqında təhrif olunmuş və qeyri-ardıcıl danışıq tərzindən dərin narazılığı” ifadə edilib.
Noyabrın 7-də Gürcüstanın baş naziri Kobaxidze Avropa Siyasi Birliyinin Budapeşt sammiti çərçivəsində Moldovada keçirilən seçkilər zamanı kobud qanun pozuntularının qeydə alındığını bildirib və lazımi araşdırmaya çağırıb.
Xuraman Etibarlı
İnterpress.az