Hakan Fidan Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edibbackend

Hakan Fidan Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

İnterpress.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Qardaş Azərbaycanın 8 Noyabr – Zəfər Gününü böyük sevinc və qürurla, ürəkdən təbrik edirəm. Qarabağı öz yurduna qovuşduran azərbaycanlı qardaşlarımızın Zəfər coşqusunu paylaşır, azadlıq mübarizəsində canlarını fəda edən şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi hörmətlə yad edirəm”, – nazir yazıb.