Həbsdə olan güneyli fəal Negin Əhmədidən xəbər yoxdurbackend

Həbsdə olan güneyli fəal Negin Əhmədidən xəbər yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan güneyli fəal Negin Əhmədidən xəbər yoxdur. Yaxınları onun vəziyyətindən nigəran olduqlarını bildirirlər.

İnterpress.az xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan xanım fəal Negin Əhmədi 19 noyabrda təhlükəsizlik məmurları tərəfindən həbs edilərək Xoy zindanına aparılıb.

Onun ailəsi zindan məsulları, məhkəmə sistemi və təhlükəsizlik idarələrinə müraciət etdiklərini, ancaq Negin Əhmədi barədə heç bir məlumat ala bilmədikərini deyirlər.