HƏMAS Ankarada törədilən terror aktını PİSLƏDİbackend

HƏMAS Ankarada törədilən terror aktını PİSLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS Ankarada TUSAŞ binasında törədilən terror aktını pisləyib.

İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS-ın bəyanatında bildirilir.

“Bu ağrılı fəlakətdə qardaş Türkiyə Cümhuriyyəti, rəhbərliyi və xalqı ilə tam həmrəy olduğumuzu, həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığımızı və rəğbətimizi bildiririk”, – bəyanatda deyilir.

Xatırladaq ki, oktyabrın 23-də Ankarada TUSAŞ müdafiə müəssisəsinin binası yaxınlığında terror aktı törədilib, nəticədə 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Türkiyənin müdafiə naziri Gülər ​​terror aktında PKK-nın əli olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az