Hollandiya F-35-in detallarını İsrailə tədarük etməyin yollarını axtarırbackend

Hollandiya F-35-in detallarını İsrailə tədarük etməyin yollarını axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya Xarici İşlər Nazirliyi F-35 hissələrinin İsrailə tədarükü üçün alternativ yollar axtarır.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Halbuki Hollandiya yerli məhkəməsinin F-35 qırıcı təyyarələrinin hissələrinin İsrailə satışının beynəlxalq normaları pozduğuna görə dayandırılmasına dair qərar verib.

Hollandiyadakı müvəqqəti hökumətin Xarici İşlər Nazirliyindən F-35 hissələrinin İsrailə tədarükü üçün alternativ yollar axtarmağı xahiş etdiyi bildirilib.

Xəbərdə hökumətin Haaqa Apellyasiya Məhkəməsinin qadağasına baxmayaraq İsrailə F-35 hissələrinin tədarükünü davam etdirmək istədiyi və bu yükün ABŞ başda olmaqla üçüncü ölkələr vasitəsilə çatdırılmasının nəzərdə tutulduğu bildirilib.

Xarici İşlər Nazirliyinin verdiyi cavabda ABŞ-a çatdırılmanın məhkəmə tərəfindən qadağan edildiyini bildirdiyi və “İsrailin lazımi F-35 hissələrinə necə çatmağa davam edə biləcəyinin araşdırıldığı” qeyd edilib.

Bildirilib ki, Xarici İşlər Nazirliyi də məhkəmə qərarı ilə dayandırılmış silah satışı lisenziyası əvəzinə yeni lisenziya ilə həll yolunu nəzərdən keçirir.

Qeyd olunub ki, ABŞ mənşəli F-35-lərin Avropa paylama mərkəzi Hollandiyanın cənubundakı Woensdrecht şəhərində yerləşir və F-35 proqramında Avropa ölkələri və İsrailə göndərişlər buradan həyata keçirilir.