Hollivudun “şefi” xərçəng xəstəliyinə TUTULDUbackend

Hollivudun “şefi” xərçəng xəstəliyinə TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivudun “şefi” xərçəng xəstəliyinə tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə NBC New məlumatlı mənbələrə istinadən xəbər verir.

Zorakılıq və zorlamada ittiham olunan “Bill Öldür”, “Üzüklərin Rəbbi” kimi məşhur filmlərin prodüseri və yaradıcısı Harvi Vaynşteyn xərçəng xəstəliyinə tutulub.

Ona sümük iliyi xərçənginin bir növü – xroniki miyeloid leykoz diaqnozu qoyulub.

“Harvi Vaynşteyn xroniki miyeloid leykemiyadan əziyyət çəkir”, – mənbələr bildirib.

Prodüserin Rikers adasındakı həbsxana xəstəxanasında müalicə olunduğu bildirilir.

Xatırladaq ki, 2020-ci ildə Harvi Vaynşteyn cinsi qısnama ittihamı ilə 23 il həbs cəzasına məhkum edilib.

Bir çox Hollivud aktrisaları prodüser tərəfindən davam edən cinsi təcavüzdən danışıblar. Daha sonra zorlama ittihamı ilə daha 16 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin 2024-cü ilin aprelində Vaynşteynin müdafiəsinin apellyasiya şikayətindən sonra Nyu-York Ali Məhkəməsi 23 illik həbs cəzasını ləğv edib, lakin prodüser dəmir barmaqlıqlar arxasında qalır.

Xuraman Etibarlı

İnterpress.az