İçərisində 14 nəfərin olduğu Mi-8 helikopteri Lensk (Yakutiya) yaxınlığında plansız eniş edib.
İnterpress.az xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu məlumat verib. Məlumata görə, içərisində 14 nəfərin olduğu Mi-8 helikopteri Lensk (Yakutiya) yaxınlığında plansız eniş edib.
Ölən və yaralananlar olmayıb.
Təyyarənin göyərtəsində 10 meşə mühafizə işçisi, 1 pilot müşahidəçi və 3 nəfərdən ibarət ekipaj olub.
Departamentdən əlavə ediblər ki, ehtiyat təyyarənin gəlişi gözlənilir, yoxlama təşkil edilib.
***
12:52
İçərisində 5 nəfərin olduğu Mi-8 helikopteri Uzaq Şərqdə yoxa çıxıb.
İnterpress.az xəbər verir ki, bu abrədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, İçərisində 5 nəfərin olduğu Mi-8 helikopteri Oxotskdan Maqadana uçan zaman Uzaq Şərqdə yoxa çıxıb.
O, yerli vaxtla saat 19:00-da təyinat yerinə çatmalı idi, lakin təyin olunmuş vaxtda əlaqə saxlamayıb və Maqadana çatmayıb.
Axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Helikopterin yeri hələ müəyyən edilməyib.
Xuraman Etibarlı
İnterpress.az