Çoxuşaqlı ana suda boğulan qızını xilas edərkən dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası mnəlumat yayıb. Bildirilir ki, çoxuşaqlı ana suda boğulan qızını xilas edərkən ölüb. 10 uşaq anasız qaləb, ən kiçiyinin bir yaşı belə yoxdur.
Faciə bazar günü axşam Mordoviyanın Kovılkinski rayonunda, Yudintsevlər ailəsinin istirahətə gəldiyi Mokşa çayında baş verib. Ata çadır qurarkən uşaqlar çimməyə gediblər.
Bir anda 13 yaşlı Alisa boğulmağa başlayıb, anası və daha böyük 17 yaşlı bacısı Nastya onun köməyinə qaçıblar. Sonda qızı xilas edə bilsələr də, özləri sudan çıxa bilməyiblər.
Hər ikisi ölüb. Atanın kömək etməyə vaxtı qalmayıb.
Xuraman Etibarlı
İnterpress.az