Ərəb İnsan Haqları Təşkilatı Qəzza Humanitar Fondu və onun direktorlarından biri David Papazyanı Qəzza qətllərində şərik olmaqda ittiham edir.
İnterpress.az xəbər verir ki, Böyük Britaniyada İnsan Haqları üzrə Ərəb Təşkilatı (AOHR UK) Britaniya hakimiyyətini GHF-nin bir sıra rəsmilərinə və fondla işləyən özəl təhlükəsizlik şirkətlərinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
“Hüquq müdafiəçiləri fondun Qəzza zolağında fələstinlilərin qətllərində və zorakılıqlarında şərik olduğuna inanırlar”, – təşkilatın saytında bildirilir.
Təqsirləndirilənlər arasında Erməni Milli Maraqlar Fondunun (ANIF) keçmiş rəhbəri David Papazyan da var.
AOHR UK-yə görə, GHF-nin BMT-dən kənarda və İsrail ordusu və kəşfiyyat xidmətləri ilə sıx koordinasiyada yaradılmasının şərtləri və vaxtı açıq şəkildə göstərir ki, onun məqsədi fələstinlilərə yardım çatdırmaq deyil.
Fondun əsl məqsədi əhalinin aclığını və rəzalətini artırmaq, fələstinlilərin didərgin düşməsinə töhfə vermək, onların iztirablarını daha da ağırlaşdırmaq, hətta qida payı almaq istəyəndə onları öldürməkdir.
AOHR UK bildirir ki, cənubda paylama məntəqələrinin cəmləşməsi şimaldakı insanları yüzlərlə kilometr piyada getməyə məcbur edir, bu da onların yerdəyişməsinə kömək edir və əzabları daha da artırır.
Həssas qruplar – qocalar və xəstələr çox vaxt mərkəzlərə çata bilmirlər və qidasız qalırlar.
Xuraman Etibarlı
İnterpress.az