Mahaçqalada kütləvi atışma baş verib, biri polis olmaqla 3 nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Mahaçqalada “DUM” qəlyan barında kütləvi atışma baş verib, biri polis olmaqla 3 nəfər yaralanıb.
Yeniyetmə biri polis olmaqla insanlara travmatik silahla atəş açıb. Üç nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Polis dünən axşam saat 18:00 radələrində Titovadakı “DUM” qəlyanxanasının yaxınlığında baş verən hadisənin səbəblərini araşdırır.
Xuraman Etibarlı
İnterpress.az