PKK-nın tərksilahı və buraxılmasına nəzarət etmək üçün parlament komissiyasının formalaşdırılması üzrə işlər yekunlaşmaq üzrədir.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə parlamentinin spikeri Kurtulmuş məlumat verib.
Türkiyə mətbuatı xəbər verir ki, sonuncu iyulun 16-da ölkənin siyasi partiyalarına məktub göndərərək, 35 nəfərdən ibarət bu komissiyaya üzv olmaq üçün namizədlərini təqdim etməyi xahiş edəcək.
Bu gün səhər saatlarında İraqın ölkənin şimalında yerləşən Süleymaniyyə əyalətində kürd hərbi-siyasi təşkilatı PKK yaraqlılarının ilk qrupunun zərərsizləşdirilməsi prosesinə başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az