Aİ Maltanın mövqeyinə görə 18-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilmir.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Malta nümayəndələri Avropa Komissiyasının Rusiya neftinin ixracına bazar dəyərindən 15% aşağı qiymət limitinin tətbiqi təklifinə qarşı çıxırlar.
Malta Aralıq dənizində 500 minə yaxın əhalisi olan ada dövlətidir. Malta 2004-cü ildən Avropa Birliyinin üzvüdür.
May ayında Avropa Komissiyası Aİ sanksiyalarının 18-ci paketinə Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan 45 dollara endirilməsini daxil edəcəyinə söz vermişdi. Lakin Slovakiya və Macarıstan buna qarşı çıxdılar və Estoniya qiymət həddi endirilməsə, paketi öz tərəfdən bloklayacağını bildirdi.
Xuraman Etibarlı
İnterpress.az