Dağıstanda xəstənin ağzında diş təmizləmə aparatı partlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Dağıstanda xəstənin ağzında diş təmizləmə aparatı partlayıb, lakin o, çarpayıda sakitcə uzanmağa davam edib.
Partlayış həkim köməkçisi cihazı müştərinin ağzına qoyduqdan sonra baş verib.
Həkim və köməkçisi dəhşətli dərəcədə qorxublar, lakin xəstə partlayışa demək olar ki, əhəmiyyət verməyib.
Diş həkimi onun dostu olduğundan baş verənlərdən şikayət etməyib.
Xuraman Etibarlı
İnterpress.az