Tanınmış həkim Cahid Şahbazov barəsində cinayət işi başlanılıbbackend

Tanınmış həkim Cahid Şahbazov barəsində cinayət işi başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim Cahid Şahbazov barəsində cinayət işi başlanılıb.

İnterpress.az xəbər verir ki, Səbail rayon Prokurorluğunda Cahid Şahbazov Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib.

C.Şahbazovun vəkili Asim Abbasov bildirib ki, fakt üzrə cinayət işi başlanılıb: “Hüquqlarını müdafiə etdiyim şəxs Cahid Şahbazov cinayət məsuliyyətinə cəlb olunmayıb. Yalnız fakt üzrə cinayət işi açılıb, araşdırmalar aparılır”.

Qeyd edək ki, oftalmoloq Cahid Şahbazov barəsində vətəndaş Humay Əliyevanın şikayəti əsasında cinayət işi açılıb.