Qırğızıstan xarici işlər nazirinin müavini ABŞ səfiri ilə Qırğızıstan vətəndaşları üçün yeni viza məhdudiyyətlərini müzakirə edib.
İnterpress.az qırğız mediasına istinadən xəbər verir ki, Qırğızıstan xarici işlər nazirinin müavini İmanqaziyev ABŞ-nin Bişkekdəki səfiri Viqeri ilə görüş keçirib.
Konsulluq sahəsində Qırğızıstan-Amerika əməkdaşlığının cari məsələləri müzakirə edilib.
Tərəflər ABŞ-nin Qırğızıstan vətəndaşları üçün viza siyasətindəki son dəyişikliklərə xüsusi diqqət yetiriblər.
İmanqazıyev bu dəyişikliklərdən narahatlığını bildirib, məsələnin qarşılıqlı prinsip əsasında müzakirəsinə konstruktiv və substantiv yanaşmanın zəruriliyini vurğulayıb.
Viqeri də öz növbəsində ştatların viza siyasətində miqrasiya dəyişiklikləri barədə məlumat verib və ABŞ-də qalan respublika vətəndaşları ilə bağlı məlumatları təqdim edib.
Xuraman Etibarlı
İnterpress.az